Çin əsas maraqlarını qorumaq, suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünü təmin etmək üzrə Azərbaycanı qətiyyətlə dəstəkləməkdə davam edəcək

Bakı, 28 aprel, ARHD.AZ



İki dövlətin başçıları tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”da “dəstək” kəlməsinə daha çox rast gəlinir. Çin, öz növbəsində, əsas maraqlarını qorumaq, suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünü təmin etmək üzrə Azərbaycanı qətiyyətlə dəstəkləməkdə davam edəcək.

ARHD.AZ xəbər verir ki, bu barədə Çinin Azərbaycana yeni təyin olunmuş səfiri Lu Mey aprelin 28-də Bakıda keçirilən brifinq əsnasında bildirib. O vurğulayıb: “Prezident İlham Əliyev bir daha təsdiqlədi ki, Azərbaycan Çin hökumətinin ölkənin birləşdirilməsi istiqamətində səylərini qətiyyətlə dəstəkləyir. Bəşəriyyətin vahid taleyi Konsepsiyası və üç qlobal təşəbbüs bütün dünyada sülhə, sabitliyə və tərəqqiyə kömək edir. Azərbaycan tərəfi onları yüksək qiymətləndirir və fəal şəkildə dəstəkləyir”.

Çin Xalq Respublikasının Sədri Si Cinpinin dediyi kimi, “bir-birinin əsas maraqlarına aid məsələlərdə möhkəm qarşılıqlı dəstək Çin və Azərbaycanın yaxşı ənənəsidir və strateji tərəfdaşlığın əvəzsiz elementidir”. Qlobal Cənubun mühüm üzvləri kimi, hər iki tərəf mürəkkəb beynəlxalq vəziyyət qarşısında dövlət başçılarının konsensusunu fəal surətdə həyata keçirməli, qarşılıqlı dəstəyi gücləndirməli və əsası BMT-nin əsasının təşkil edən beynəlxalq sistemi və beynəlxalq hüquqa əsaslanan dünya nizamını qorumaq dünyada ədaləti müdafiə etmək üçün daha əməli addımlar atmalıdır”, -deyə Lu Mey vurğulayıb.

Baxış sayı: 4 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə