Ankara, 28 aprel, ARHD.AZ



Cənubi Qafqazda Çernobıl faciəsinə bənzər fəlakətlər təkrarlanmamalıdır. Ermənistandakı köhnəlmiş Metsamor AES dərhal bağlanmalıdır.

Bu fikirləri ARHD.AZ-a müsahibəsində Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının (TADDEF) sədr müavini, İğdırdakı “Azərbaycan Evi” Cəmiyyətinin rəhbəri Serdar Ünsal Çernobıl faciəsinin 39-cu ildönümünü şərh edərkən deyib. O, Ermənistandakı köhnəlmiş AES-i bütün region üçün ciddi təhlükə mənbəyi adlandırıb.

Onun sözlərinə görə, bu məsələ müxtəlif beynəlxalq platformalarda fəal şəkildə qaldırılmalıdır. “Region ölkələri və beynəlxalq strukturlar milyonlarla insan üçün həssas olan bu çağırışa çox ciddi yanaşmalıdır. Bu problemi aradan qaldırmaq üçün birgə yol müəyyənləşdirmək vacibdir", - deyən S.Ünsal Çernobıl qəzasının irimiqyaslı zərərli nəticələrini xatırladıb.

Ermənistandakı Metsamor AES aktiv seysmik zonada – Türkiyənin İğdır vilayətindən cəmi 16 kilometrlik məsafədə yerləşir.

S.Ünsal əlavə edib: “Rəsmi statistikaya görə, hər il İğdırın orta hesabla 500 sakininə bədxassəli şiş diaqnozu qoyulur. Ətraf vilayətlərdə yeni onkoloji xəstəliklərin göstəricisi isə ildə təxminən 150 nəfərdir”.

Baxış sayı: 4 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə