Avropa Kanoe Assosiasiyasının prezidenti: Azərbaycan gələcəkdə Avropa çempionatına da ev sahibliyi etməyə qadirdir

Füzuli, 28 aprel, ARHD.AZ



Sevindiricidir ki, Azərbaycan avarçəkmə üzrə beynəlxalq yarışlara hər zaman yüksək səviyyədə ev sahibliyi edir.

ARHD.AZ xəbər verir ki, bu sözləri Avropa Kanoe Assosiasiyasının (ECA) prezidenti Yan Zunqrana avarçəkmə üzrə “Prezident Kuboku-2025” beynəlxalq reqatası çərçivəsində Füzuli sakinləri üçün keçirilən tədbir zamanı jurnalistlərə açıqlamasında deyib.

Füzuliyə ikinci dəfə səfər etdiyini vurğulayan ECA rəhbəri tədbirdə iştirak etdiyi üçün şad olduğunu bildirib: "Bu tədbirin avarçəkmə ilə məşğul olmaq istəyən Füzuli sakinləri üçün əhəmiyyətini yüksək qiymətləndirirəm. Ölkəniz 20-dən çox ölkənin idmançılarının iştirakı ilə nüfuzlu yarışa ev sahibliyi edəcək. Azərbaycan bu turnirin təşkilindən sonra önəmli təcrübə qazanacaq. Bu ölkə gələcəkdə Avropa çempionatına da ev sahibliyi etməyə qadirdir. Texniki heyətimiz də bu həftənin sonuna qədər Mingəçevirin idman obyektlərinə baxış keçirmək məqsədilə burada olacaqlar".

Qeyd edək ki, 20-dən artıq ölkədən 200-dən çox idmançının iştirak edəcəyi reqata aprelin 30-dan mayın 2-dək keçiriləcək.

Baxış sayı: 4 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə