
Bakı, 28 aprel, ARHD.AZ
Azərbaycan ilə əməkdaşlıq üçün yaxşı imkanlar var. Biz İran, Azərbaycan və Rusiya arasında ticarət, elmi, iqtisadi məsələləri və tranzit yollarını müzakirə edəcəyik.
ARHD.AZ İranın İRNA xəbər agentliyinə istinadla xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərə yola düşərkən Tehran hava limanında mətbuat nümayəndələrinə açıqlaması zamanı deyib.
O bildirib ki, bu səfər dost və qardaş Azərbaycan Prezidentinin rəsmi dəvəti ilə həyata keçirilir.
“Biz də Azərbaycanda sevdiklərimizlə görüşməkdə maraqlıyıq. Bu səfər çərçivəsində iş adamlarımız, sənayeçilərimiz və alimlərimiz Azərbaycandakı tərəfdaşlarımızla danışıqlar aparacaq və biz əlaqələrimizi genişləndirməyə çalışacağıq. İran və Azərbaycanın dərin tarixi, mədəni və mənəvi bağlılığı var və ümid edirəm ki, bu əlaqələr ölkənin bütün sahələrdə inkişafı və böyüməsinə səbəb olacaq. Ümid edirik ki, səfər zamanı öz təcrübələrimizi bölüşə, ticarət və iqtisadiyyata birgə investisiyalar yatırmaq barəsində razılıq əldə edə bilərik. Biz dəhlizlərə birgə sərmayə qoymuşuq və bu əlaqə, yaxınlıq hər iki ölkənin inkişafına səbəb olacaq”, - deyə İran Prezidenti M.Pezeşkian vurğulayıb.