Sahib Məmmədov: Süni intellekt Strategiyasının icrası Azərbaycanı bu sahədə regionda liderlər sırasına çıxaracaq

Bakı, 28 aprel, ARHD.AZ

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda 2025-2028-ci illəri əhatə edən süni intellekt Strategiyası təsdiq edilib. Strategiya ölkəmizin süni intellekt sahəsində inkişafını sürətləndirmək, rəqəmsal inkişafı dəstəkləmək və qlobal süni intellekt sistemində Azərbaycanın rolunu gücləndirmək məqsədi daşıyır.

ARHD.AZ xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunan “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda çıxış edərkən deyib.

S.Məmmədov bildirib ki, strategiyanın həyata keçirilməsi Azərbaycanı süni intellekt texnologiyalarının inkişafı sahəsində regionda liderlər sırasına çıxaracaq, əmək bazarının müasir çağırışlara uyğunlaşmasını, yeni əmək vərdişlərinin formalaşmasını təmin edəcək: "Ekspertlərin proqnozları göstərir ki, yaxın illərdə süni intellekt əmək bazarında üstünlük qazanacaq. Təbii ki, texniki bacarıqları, müasir vərdişləri olmayan işçilər çətinliklərlə üzləşə bilərlər. Odur ki, biz dəyişikliklərə hazır olmalıyıq. Bu çətinliklərlə üzləşməmək üçün ölkəmizdə qabaqcıl tədbirlər görülür, işçi qüvvəsinin müasir çağırışlara uyğunlaşdırılması, inklüziv məşğulluğunun formalaşdırılması üçün sistemli işlər aparılır".

O qeyd edib ki, məhz təhlükəsiz və layiqli əmək şəraitində çalışan işçinin əmək məhsuldarlığı da yüksək olur. Bu isə öz növbəsində, istehsal prosesinin ahəngdarlığına və effektivliyinə gətirib çıxarır.

Baxış sayı: 4 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə