ABŞ və Rusiya Moskva ilə Kiyev arasında birbaşa danışıqların mümkünlüyünü müzakirə ediblər

Moskva, 26 aprel, ARHD.AZ



Rusiya və ABŞ Moskva ilə Kiyev nümayəndələri arasında birbaşa danışıqların bərpasının mümkünlüyünü müzakirə ediblər.

ARHD.AZ xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkof arasında Kremldə keçirilmiş görüşü şərh edərkən söyləyib.

Y. Uşakovun sözlərinə görə, söhbət üç saat davam edib, konstruktiv və faydalı xarakter daşıyıb və təkcə Ukrayna məsələsi ilə bağlı deyil, həm də bir sıra digər beynəlxalq mövzularda iki ölkənin mövqelərinin daha da yaxınlaşmasına imkan yaradıb.

“Ukrayna böhranına gəlincə, söhbət əsasən Rusiya Federasiyası və Ukrayna nümayəndələri arasında birbaşa danışıqların bərpasının mümkünlüyündən gedib”, – deyə Rusiya Prezidentinin köməkçisi bildirib.

O həmçinin qeyd edib ki, görüş rəmzi bir gündə, yəni nasizmə qarşı mübarizədə müttəfiqliyin simvoluna çevrilmiş sovet və ABŞ qoşunlarının Elbada tarixi görüşünün 80-ci ildönümündə baş tutub.

Baxış sayı: 4 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə