Çinli ekspert: Azərbaycan-Çin əlaqələri Qlobal Cənub ölkələri üçün yaxşı modeldir

Pekin, 25 aprel, ARHD.AZ


Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri çox uğurlu oldu. Bu səfər təkcə ikitərəfli münasibətlərdə mühüm mərhələ deyil, həm də hazırkı şəraitdə bütün Qlobal Cənub ölkələrinin yeni siyasət yürütməsinin simasıdır.

Bu fikirləri ARHD.AZ-a açıqlamasında Çinin Tayhe İnstitutunun baş elmi işçisi Çien Fen Prezident İlham Əliyevin Çinə dövlət səfərini şərh edərkən deyib.

“Biz divarlar deyil, körpülər tikirik. Azərbaycan-Çin əlaqələri Qlobal Cənub ölkələri arasında yeni münasibətlər yaratmaq üçün yaxşı bir modeldir. Düşünürəm ki, bu səfər iki ölkənin gələcək əməkdaşlığı üçün böyük əhəmiyyət kəsb edir və gələcək inkişaf yollarını müəyyənləşdirir”, - deyən Çien Fen əlavə edib ki, budəfəki səfər Azərbaycan ilə Çin arasında daha da yaxınlaşmanın tərəflər üçün faydalı olacağını göstərir.

Baxış sayı: 4 514

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə