Kaya Kallas: Azərbaycan regionda mühüm tərəfdaşdır

Bakı, 25 aprel, ARHD.AZ



Azərbaycan regionda əhəmiyyətli tərəfdaşdır və əlaqələrimizin gücləndirilməsi baxımından müəyyən gözləntilərimiz var.

ARHD.AZ xəbər verir ki, bu sözləri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas xarici işlər naziri Ceyhun Bayramovla aprelin 25-də keçirdiyi birgə mətbuat konfransında deyib.

“Əlaqələrimiz ikitərəfli yol kimi inkişaf edir. Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Münaqişənin izlərinin aradan qaldırılması və həyatların xilas edilməsi üçün görülən işləri yüksək qiymətləndiririk”, - deyə o əlavə edib.

Ermənistanla münasibətlərin normallaşdırılması və dayanıqlı sülh sazişinin əldə olunması prosesinə yaxından dəstək verdiklərini söyləyən ali nümayəndə sülh sazişi mətninin razılaşdırılmasını yüksək qiymətləndirib.

Baxış sayı: 4 512

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə