Nazir: Ermənistan Konstitusiyasında Azərbaycan torpaqlarına dair iddiaların aradan qaldırılması vacibdir

Bakı, 25 aprel, ARHD.AZ



Azərbaycanın mövqeyi yeni deyil və bu mövqe beynəlxalq hüquqa əsaslanır. Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı olan müddəaların, habelə Azərbaycan torpaqlarına dair iddiaların aradan qaldırılması vacibdir. Eyni zamanda, Ermənistan tərəfindən artıq fəaliyyətsiz olan ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı da konkret addımların atılması gözlənilir.

ARHD.AZ xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla aprelin 25-də keçirdiyi birgə mətbuat konfransında deyib.

Kaya Kallasla müzakirələr çərçivəsində geniş coğrafiyada təhlükə yaradan münaqişələr və onların region ölkələrinə təsiri məsələlərinə də toxunduqlarını bildirən azərbaycanlı nazir əlavə edib: “Bütün bu fikir mübadiləsi fonunda Cənubi Qafqazla bağlı məlumat verdim. Ermənistanla münasibətlərin normallaşması istiqamətində son inkişaflar barədə də qarşı tərəfi məlumatlandırdım. Bu mövzular kontekstində son iki il yarım ərzində Azərbaycanın təşəbbüsü ilə başlayan sülh danışıqları, sülh sazişi mətni üzrə razılığın əldə olunması və ümumilikdə danışıqların gedişatı ilə bağlı geniş fikir mübadiləsi aparıldı. Eyni zamanda, Azərbaycanın Ermənistandan gözləntiləri də ətraflı müzakirə olundu”.

Baxış sayı: 4 510

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə