TÜBİTAK kosmik texnologiyalar sahəsindəki təcrübəsini “Azərkosmos” ilə bölüşəcək

Bakı, 24 aprel, ARHD.AZ



Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

ARHD.AZ xəbər verir ki, bu razılaşma peyk texnologiyaları sahəsində iki qardaş ölkə arasında elmi-texniki əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Əməkdaşlıq çərçivəsində tərəflər peyklərin hazırlanması, Yerin müşahidəsi və peyk təsvirlərindən istifadə sahələrində bilik və resurs mübadiləsi həyata keçirəcəklər.

Memoranduma əsasən, “Azərkosmos” tələb olunan peyk təsvirlərini təqdim edəcək, TÜBİTAK isə kosmik texnologiyalar sahəsindəki bilik və təcrübəsini bölüşəcək.

Tərəflər, eyni zamanda, beynəlxalq kosmik layihələrdə, xüsusilə də türk dövlətləri ilə bağlı təşəbbüslərdə birgə fəaliyyət göstərməyi və innovativ layihələr reallaşdırmağı hədəfləyirlər.

Bu əməkdaşlıq iki ölkə arasında elmi-texnoloji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir və regional kosmik təşəbbüslərin inkişafına mühüm töhfə verəcək.

Baxış sayı: 4 516

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə