Türkmənistan portalı Prezident İlham Əliyevin Çinə səfərini işıqlandırıb

Bakı, 24 aprel, ARHD.AZ



Türkmənistanın nüfuzlu informasiya portallarından biri olan orient.tm Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına səfəri ilə bağlı məqalə dərc edib.

Bu barədə ARHD.AZ-a Azərbaycanın Türkmənistandakı səfirliyindən bildirilib.

Yazıda qeyd edilib ki, aprelin 23-də Pekində keçirilən danışıqlar zamanı Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlığın qurulması haqqında birgə bəyanatın imzalanması iki ölkə münasibətlərində tarixi dönüş nöqtəsi olub. Prezident İlham Əliyevin səfəri fonunda imzalanan bu sənəd ölkələr arasında yüksəksəviyyəli qarşılıqlı etimadın və dostluğun təzahürü kimi qiymətləndirilir.

Vurğulanır ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan ilə münasibətlərin inkişafına xüsusi önəm verir və bu münasibətlər strateji xarakter daşıyır. Çin lideri Azərbaycanın "Bir kəmər, bir yol" təşəbbüsünün fəal dəstəkçisi olduğunu, bu çərçivədə əməkdaşlığın müxtəlif sahələrdə – iqtisadiyyat, nəqliyyat, enerji, rəqəmsal texnologiyalar və yaşıl inkişafda uğurla davam etdiyini xüsusi qeyd edib.

Portal yazır ki, Prezident İlham Əliyev danışıqlar zamanı Çinlə münasibətlərin Azərbaycan üçün strateji əhəmiyyət daşıdığını bəyan edib. Dövlətimizin başçısı vurğulayıb ki, Çinin irəli sürdüyü qlobal təşəbbüslər – Qlobal İnkişaf, Qlobal Təhlükəsizlik və Qlobal Sivilizasiya təşəbbüsləri bəşəriyyət üçün dəyərli töhfələrdir və Azərbaycan bu təşəbbüsləri qətiyyətlə dəstəkləyir. Səfər çərçivəsində tərəflər “Bir Kəmər, Bir Yol” təşəbbüsü, ədalət, yaşıl inkişaf, rəqəmsal iqtisadiyyat, əqli mülkiyyət hüquqları və Çin aerokosmikası kimi sahələrdə əməkdaşlığa dair 20 ikitərəfli sənədin imzalanmasına şahidlik ediblər.

Yazıda, həmçinin Azərbaycanın müstəqil xarici siyasət kursunun beynəlxalq aləmdə böyük etimad qazandığı, Azərbaycanın regionlararası əməkdaşlıq, çoxtərəflilik və BMT-nin mərkəzi rolunun qorunması istiqamətində apardığı siyasətin Çinin dəstəyi ilə üst-üstə düşdüyü qeyd edilir. Bildirilir ki, Azərbaycan və Çin ortaq dəyərlərə əsaslanan əməkdaşlığı daha da genişləndirmək, milli inkişaf strategiyalarını bir-birinə uyğunlaşdırmaq və sülhə, sabitliyə və dayanıqlı inkişafa töhfə vermək əzmindədirlər.

Baxış sayı: 4 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə