Prezident İlham Əliyev: Birgə Bəyannamə tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır

Bakı, 21 aprel, ARHD.AZ



Bizim Astanadakı görüşümüz (Çinin Sədri Si Cinpinlə - red.) və onun yekunlarına dair qəbul edilən Birgə Bəyannamə tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır.

ARHD.AZ xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə məxsusi müsahibəsində söyləyib.

Dövlətimizin başçısı, həmçinin bildirib: “ÇXR-in Sədri Si Cinpin ilə ikitərəfli görüş əsnasında çıxışımda qeyd etdim ki, qəbul olunan Bəyannamə ÇXR və Azərbaycanı rəsmi strateji tərəfdaşlara çevirir və bu, böyük nailiyyət, böyük məsuliyyətdir”. Prezident İlham Əliyev yüksəksəviyyəli səfərlər mübadiləsinin dövlətlərarası münasibətlərimizin dərinləşməsi prosesinə əlavə impuls verəcəyinə inandığını vurğulayıb.

Baxış sayı: 4 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə