Tacikistan səfiri: İstəyirik ki, yerli əhali və əcnəbilər Qarabağın yeni simasını görə bilsin

Xankəndi, 18 aprel, ARHD.AZ



Bu, bizim Qarabağa birinci səfərimiz deyil. Keçən il diplomatik nümayəndəliklərin rəhbərləri ilə birlikdə buraya səfər etmək imkanımız oldu. Bu il isə bir neçə dəfə Şuşada, Ağdamda, Zəngilanda olmuşuq. Bu şəhərləri çox bəyəndim.

ARHD.AZ-ın bölgə müxbirinin verdiyi xəbərə görə, bu sözləri Tacikistanın Azərbaycandakı səfiri İlxom Abduraxmon Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Xankəndinə səfəri zamanı deyib.

“İndi bizim Xankəndi şəhərinin necə inkişaf etdiyinin canlı şahidi olmaq imkanımız var. Biz Xarici İşlər Nazirliyinin dəvəti ilə buradayıq və bu bölgədə tikinti-abadlıq işlərinin sürətlə aparıldığını öz gözlərimizlə gördük. Azərbaycana firavanlıq arzulayırıq. Hesab edirəm ki, Azərbaycan vətəndaşlarının səyləri sayəsində bu bölgə bundan sonra da inkişaf edəcək və çiçəklənəcək. Həm yerli əhali, həm də əcnəbilər Qarabağın yeni simasını görə bilməlidir”, - deyə Tacikistan səfiri sözlərini yekunlaşdırıb.

Baxış sayı: 4 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə