Emin Hüseynov: Hazırda Ağdam, Füzuli və Xocavənd rayonlarında minalardan təmizlənmiş sahə orta hesabla 40 faiz təşkil edir

Şuşa, 17 aprel, Gülay Nəzərova, ARHD.AZ



Hazırda Ağdam, Füzuli və Xocavənd rayonlarında minalardan təmizlənmiş sahə orta hesabla 40 faiz təşkil edir. Ağdam rayonunda bu təmizlənmə təxminən 50 faiz, Füzuli rayonunda 60 faiz təşkil edir.

ARHD.AZ xəbər verir ki, bu sözləri Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov aprelin 17-də Şuşada “Postmünaqişə dövründə mədəni irsin qorunması və dirçəldilməsi” mövzusunda I İslam Dünyası Mədəniyyət Forumunun açılışında deyib.

"Xocavənddə isə ərazinin yalnız kiçik bir hissəsi minalardan təmizlənib. Ancaq təmizlənmə mərhələsi tarixi və mədəni obyektlərimizin yerləşdiyi Xocavəndə də gəlib çatacaq", - deyə o vurğulayıb.

Baxış sayı: 4 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə