Zurab Pataradze: "Gürcüstan Prezidentinin ilk səfərini Azərbaycana etməsi çox mühüm əhəmiyyət kəsb edir"

Tbilisi, 15 aprel, ARHD.AZ



"Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. Gürcüstan Prezidentinin ilk xarici səfərini Azərbaycana etməsi çox mühüm əhəmiyyət kəsb edir".

ARHD.AZ xəbər verir ki, bu sözləri Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze jurnalistlərə verdiyi açıqlamasında söyləyib: "Prezident Mixail Kavelaşvilinin ilk xarici səfəri Azərbaycandan başlayır. Bildiyiniz kimi, Azərbaycanla Gürcüstan strateji tərəfdaş və dost ölkələrdir. İlk səfərin Azərbaycana olması çox vacibdir. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə yüksəksəviyyəli görüşlər keçiriləcək. Həmçinin Baş nazir, eləcə də əməkdaşlıq məsələləri üzrə bir sıra mühüm məsələlərlə bağlı ikitərəfli görüşlər keçiriləcək. Bu görüşlərdə ikitərəfli əməkdaşlıq və regional təhlükəsizlik məsələləri diqqət mərkəzində olacaq".

Onun sözlərinə görə, hazırda ölkələrimiz arasında həyata keçirilən iqtisadi layihələr, xüsusilə bərpaolunan enerji məsələləri və bir sıra meqa layihələr barədə məsələlər də müzakirə olunacaq.

Baxış sayı: 6 383

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə