Dövlət Məşğulluq Agentliyi Böyük Britaniyada mükafata layiq görülüb

Bakı, 15 aprel, ARHD.AZ



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Böyük Britaniyada fəaliyyət göstərən “International Elite 100 Awards” müsabiqəsində uğur əldə edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən ARHD.AZ-a verilən məlumata görə, agentlik müsabiqəyə rəqəmsal layihələri ilə qatılıb və “Dövlət məşğulluq xidmətlərində ən yaxşı rəqəmsal təşəbbüslər” kateqoriyası üzrə qalib seçilib.

Müsabiqədə Avropa, Amerika, Afrika və Asiya qitələrindən, eləcə də Sakit okean hövzəsi regionundan 500-dən çox qurum təmsil olunub.

Qeyd edək ki, həmin mükafat qlobal iş dünyasında unikal yanaşmaları, innovativ layihələri və nailiyyətləri ilə fərqlənən qurumlara verilir.

Baxış sayı: 6 385

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə