
Bakı, 10 aprel, ARHD.AZ
Xəbər verdiyimiz kimi, 2025-ci il martın 1-də Qərbi Azərbaycan İcması Qadınlar Şurasının təşkilatçılığı ilə onlayn formatda “Qaçqınlıq və Qadınlar” mövzusunda beynəlxalq konfrans keçirilib. 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində keçirilmiş konfransın məqsədi beynəlxalq ictimaiyyətin diqqətini Qərbi azərbaycanlı qadınların etnik təmizləməyə məruz qalmaları və öz evlərinə qayıda bilməmələrindən irəli gələn hüquq pozuntularına cəlb etmək idi. Konfrans iştirakçıları adından beynəlxalq ictimaiyyətə müraciət qəbul edilib.
Qərbi Azərbaycan İcmasından ARHD.AZ-a bildirilib ki, sözügedən müraciət BMT-nin Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb. Sənədin BMT-nin ali orqanlarının rəsmi sənədi kimi yayılması Qərbi Azərbaycan məsələsi üzrə beynəlxalq məlumatlılığın artmasında mühüm rol oynayır.
Qərbi Azərbaycan İcması geri qayıdış hüququnun təşviqi və bu müstəvidə humanitar məsələlərin işıqlandırılması istiqamətində səylərini davam etdirir.