Yeni Azərbaycan Partiyasının nümayəndələri Türkiyəyə səfər ediblər

Bakı, 10 aprel, ARHD.AZ



Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və partiyanın Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov Türkiyənin xarici işlər naziri Hakan Fidanın dəvəti ilə qardaş ölkəyə səfər ediblər.

Bu barədə ARHD.AZ-a YAP-dan məlumat verilib.

Bildirilib ki, YAP nümayəndələri Türkiyə Prezidentinin himayədarlığı ilə bu ölkənin Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunan IV Antalya Diplomatiya Forumunda iştirak edəcəklər.

Səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi də nəzərdə tutulub.

Baxış sayı: 3 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə