Brüssel, 9 aprel, ARHD.AZ



Belçikada Azərbaycan-Ermənistan münasibətlərinə dair qərəzli qətnamə layihəsi ilə əlaqədar dinləmələr keçirilib


Belçika Parlamentinin Xarici əlaqələr komissiyasında Azərbaycan-Ermənistan münasibətlərinə dair hazırlanmış qərəzli qətnamə layihəsi ilə bağlı dinləmələr keçirilib.

ARHD.AZ xəbər verir ki, səfir Vaqif Sadıqov komissiya üzvləri qarşısında çıxış edib, onların ermənilərin fikirlərinə əsaslanan və regiondakı mövcud reallıqları əks etdirməyən çoxsaylı suallarını cavablandırıb.

Eyni zamanda, müzakirələrdə Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdış hüququ, vaxtilə işğal olunmuş ərazilərimizdə Ermənistan tərəfindən həyata keçirilmiş total dağıdıcılıq siyasəti, ölkəmizin üzləşdiyi mina problemi və itkin düşmüş şəxslərlə bağlı məsələlər diqqət mərkəzində saxlanılıb. Həmçinin vurğulanıb ki, 2020-ci ildən sonra bölgədəki mövcud reallıqlar Ermənistan hökuməti tərəfindən qəbul edildiyi bir vaxtda, bəzi Avropa ölkələrinin parlament təsisatları tərəfindən fərqli təqdim olunur. Bu isə Azərbaycan və Ermənistan arasında həssas normallaşma prosesinə təsir göstərir.

Səfir Azərbaycan tərəfinin parlamentariləri maraqlandıran bütün məsələlərlə bağlı konstruktiv dialoqa hazır olduğunu bildirib. Həmçinin dayanıqlı sülhə və iki ölkə arasında münasibətlərin inkişafına xidmət etməyən adıçəkilən qətnamə layihəsinin qəbuluna təkrar baxılacağına ümidvar olduğunu diqqətə çatdırıb.

Baxış sayı: 4 334

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə