Alparslan Bayraktar: Türkiyə xaricdə yataqların kəşfiyyatı və işlənməsində fəal iştirak etməyə hazırdır

Ankara, 9 aprel, ARHD.AZ



Alparslan Bayraktar: Türkiyə xaricdə yataqların kəşfiyyatı və işlənməsində fəal iştirak etməyə hazırdır


Türkiyə xaricdəki yataqların kəşfiyyatı və işlənməsində daha fəal rol almağa hazırdır.

ARHD.AZ xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar İslamabadda jurnalistlərlə söhbətində deyib.

Nazir 2016-cı ildən “TPAO” dövlət neft şirkəti və digər yerli şirkətlərin iştirakı ilə həyata keçirilən Türkiyənin yataqların kəşfiyyatı Strategiyasına diqqət çəkib.

“Bu Strategiyanın məqsədlərindən biri də Türkiyə hüdudlarından kənarda neft və qaz yataqlarının kəşfiyyatı və işlənməsində fəal iştirakdır”, - deyən nazir son illərdə Somali, Liviya, Niger və İraqın hakimiyyət orqanları ilə əldə olunmuş müvafiq razılaşmaları xatırladıb.

Onun sözlərinə görə, may ayının sonuna qədər Türkiyə Somalinin dəniz zonasında seysmik tədqiqatları başa çatdıracaq. “Eyni zamanda, enerji sektorunda Yaxın Şərq və Mərkəzi Asiya ölkələri ilə əlaqələr davam edir. Yəni biz həm öz yeraltı sərvətlərimizdən səmərəli istifadə etməyə, həm də xaricdə enerji layihələrində iştirak etməyə çalışırıq”, - deyə nazir bildirib.

Türkiyə ilə Pakistan arasında dəniz yataqlarının birgə kəşfiyyatı ilə bağlı razılaşmaya toxunan A.Bayraktar iki ölkə arasında əməkdaşlığın genişlənəcəyinə əminliyini ifadə edib.

Baxış sayı: 3 232

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə