İslamabad, 8 aprel, ARHD.AZ



Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun aprelin 8-də İslamabadda səfəri zamanı Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında əsas investisiya layihələri və iki ölkə arasında nəzərdən keçirilən memorandumlar müzakirə edilib.

ARHD.AZ xəbər verir ki, Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Darın rəhbərlik etdiyi nümayəndə heyəti Pakistanda səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti ilə danışıqlar aparıb.

Hər iki ölkə təşəbbüslərin yekunlaşdırılmasını sürətləndirmək barədə razılığa gəliblər.

Baxış sayı: 4 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə