Marşal İrs İnstitutu: ANAMA ilə əməkdaşlığımızdan çox qürur duyuruq

Nyu-York, 5 aprel, ARHD.AZ



“Biz Marşal İrs İnstitutu olaraq minatəmizləmə sahəsində ANAMA ilə əməkdaşlığımızdan çox qürur duyuruq”.

Bu sözləri ARHD.AZ-a açıqlamasında institutun icraçı direktoru Elis Bekker deyib. O bildirib ki, iki qurum arasında əməkdaşlıqdan 20 il keçir. Bu əməkdaşlıq çərçivəsində Azərbaycanda minaların aşkarlanmasının sürətləndirilməsinə kömək etmək üçün yüksək səviyyəli işlər görən 93 təlim keçmiş minaaxtaran itlərin bağışlanıb. Onun sözlərinə görə, ANAMA bu itləri çox yaxşı idarə edib.

“Bu itlər 17 milyon kvadratmetrdən çox ərazidə axtarış aparıb və bu, 15 mindən çox insana fayda verib. Biz əməkdaşlığımızı davam etdiririk. Təlimdə olan əlavə itlərimiz var ki, bu il Azərbaycana hədiyyə olunacaq. Gələn il daha çox it bağışlamaq planlarımız var. Beləliklə, gələn il bu vaxta qədər bu rəqəm 100-ə çatdırılacaq. Bu əməkdaşlığı davam etdirməkdən çox məmnunuq” - deyə Elis Bekker əlavə edib.

Baxış sayı: 6 379

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə