Fərid Şəfiyev: Azərbaycan dünyanın 10 ən çox minadan əziyyət çəkən ölkələri sırasındadır

Nyu-York, 5 aprel, ARHD.AZ



“Azərbaycan dünyanın 10 ən çox minadan əziyyət çəkən ölkələri sırasındadır”.

ARHD.AZ-ın məlumatına görə, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib. O, Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günündə BMT-nin binasında Azərbaycanın minatəmizləmə fəaliyyətinə həsr olunmuş tədbirin keçirilməsinin çox böyük əhəmiyyət daşıdığını qeyd edib.

Onun sözlərinə görə, beynəlxalq təşkilatlarda belə tədbirlərin keçirilməsi Azərbaycanın probleminə diqqəti cəlb edir. “Azərbaycanın problemi ilə bağlı həm də siyasi məsələlər var. Buna misal olaraq, Ermənistan tərəfindən hələ də Azərbaycan tərəfinə dəqiq xəritələr təqdim olunmayıb. Texniki və maliyyə problemləri də mövcuddur. Düzdür, bunlar mütəmadi olaraq həll olunur. Amma bu barədə biz təbii ki, beynəlxalq ictimaiyyətə müəyyən məlumat çatdırmalıyıq”.

Fərid Şəfiyev deyib ki, Azərbaycanda minatəmizləmə fəaliyyətlərinə xərclənmiş vəsaitin yalnız 6 faizə yaxını xarici donorlar vasitəsilə edilib. Onun sözlərinə görə, bəzi ölkələrə bu məsələdə kütləvi şəkildə yardım göstərilir.

“Təəssüflər olsun ki, bu münaqişədə biz ikili standartlarla üzləşmişik, indi də üzləşməyə davam edirik. Məsələn, Avropa İttifaqı Ermənistana yardım edir, halbuki, münaqişə, o cümlədən dağıntılar Ermənistan ərazisində deyil, bizim ərazimizdə baş verib. Mina problemi də Azərbaycan ərazisindədir. Amma bu məsələni həll etmək üçün bizim yetərli qədər həm iradəmiz, həm də resurslarımız var. Sadəcə, buna vaxt tələb olunur”.

Baxış sayı: 5 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə