Ukrayna və Macarıstan XİN başçıları konstruktiv dialoqa razılıq veriblər

Kiyev, 4 aprel, ARHD.AZ



Ukrayna və Macarıstan XİN başçıları konstruktiv dialoqa razılıq veriblər


Aprelin 4-də Brüsseldə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa macarıstanlı həmkarı Peter Siyarto ilə görüşüb. Onlar tərəflər arasında gələcək təmaslar barədə razılığa gəliblər.

ARHD.AZ xəbər verir ki, bu barədə Sibiqa özünün X sosial hesabında məlumat verib: "Mən ikitərəfli gündəliyimizi müzakirə etmək və Ukraynanın Macarıstanla konstruktiv dialoqa dəstək verməkdə maraqlı olduğunu təsdiqləmək üçün Siyarto ilə görüşdüm".

Andrey Sibiqanın sözlərinə görə, görüşdə ikitərəfli münasibətlərdəki problemli məsələlərin həlli yolları müzakirə edilib. Eyni zamanda, Sibiqa vurğulayıb ki, Ukrayna Macarıstanla konstruktiv dialoqa dəstək verməkdə maraqlıdır.

Nazirlər gələn həftə Ukrayna və Macarıstan komandaları arasında müvafiq məsləhətləşmələrin növbəti raundunun keçirilməsi barədə də razılığa gəliblər.

“Qonşu ölkələr olaraq xalqlarımız davamlı sülhə, təhlükəsizliyə və inkişafa layiqdir”,- deyə Ukraynanın xarici işlər naziri əlavə edib.

 

Baxış sayı: 3 456

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə