İrakli Kobaxidze: Gürcüstanın məhkəmə sisteminə birbaşa xarici müdaxilə var

Tbilisi, 4 aprel, ARHD.AZ




İrakli Kobaxidze: Gürcüstanın məhkəmə sisteminə birbaşa xarici müdaxilə var


Gürcüstan hökuməti üçün məhkəmələrin müstəqilliyinin daha da möhkəmləndirilməsi əsas prioritetlərdən biridir.

ARHD.AZ xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ali Məhkəmənin hakimləri və Ali Ədalət Şurasının üzvləri ilə keçirdiyi görüşdən sonra jurnalistlərə verdiyi açıqlama zamanı bildirib.

Baş nazirin sözlərinə görə, görüşdə hakimlərə qarşı tətbiq edilən sanksiyalar müzakirə olunub. “Gürcüstanın məhkəmə sisteminə illərdir birbaşa xarici müdaxilə mövcuddur. Bu sahədə digər müdaxilələr də var. Müxtəlif ölkə strukturlarının gürcü hakimlərə qarşı tətbiq etdiyi sanksiyalar buna misaldır. Bir daha bildirirəm ki, bütün bunlar sanksiyalar tətbiq edən ölkələr üçün faciədir”, - deyə Kobaxidze vurğulayıb.

Baxış sayı: 5 556

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə