Nazir: Azərbaycan və Avropa istehlakçıları arasında uzunmüddətli qaz müqavilələri imzalana bilər

Bakı, 4 aprel, ARHD.AZ



Azərbaycandan Avropaya ixrac olunan qazın həcmi iki dəfə artaraq, 14 milyard kubmetrə çatıb.

ARHD.AZ xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanın hasilat layihələri sürətlə inkişaf etdirilməli, boru kəmərinin nəqletmə qabiliyyəti artırılmalı və mərkəzləşdirilmiş kompressor stansiyası tikilməlidir.

“Azərbaycan və Avropa istehlakçıları arasında uzunmüddətli qaz müqavilələri imzalana bilər. Bu, Avropa İttifaqı üçün ən vacib zəmanət olacaq. Dəhlizin genişləndirilməsi birmənalı şəkildə Avropanın enerji gücünü artıracaq ki, belə bir əlaqələndirilmiş və güclü əməkdaşlıq ilə Azərbaycan, Avropa İttifaqı, enerji şirkətləri, regional iştirakçılar və maliyyə təchizatları – biz Cənub Qaz Dəhlizini artıq yeni səviyyə qaldıracağıq. Bunun üçün çalışmalıyıq”, – deyə nazir əlavə edib.

Baxış sayı: 6 795

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə