Moskva, 3 aprel, ARHD.AZ



Rusiya xarici işlər nazirinin müavini: Ermənistan eyni vaxtda Aİİ və Aİ-nin üzvü ola bilməz


Ermənistan eyni vaxtda Aİİ və Aİ-nin üzvü ola bilməz.

ARHD.AZ xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “RİA Novosti” agentliyinə müsahibəsində bildirib.

O, Ermənistan parlamentinin ölkənin Aİ-yə daxil olmaq niyyəti ilə bağlı qəbul etdiyi qanun layihəsini şərh edərkən qeyd edib: “Biz əminik ki, Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqı kimi bir-birinə zidd olan iki assosiasiyada eyni vaxtda olmaq mümkün deyil”.

M.Qaluzinin fikrincə, Ermənistan üçün bu iki variantdan hansının daha yaxşı olması ilə bağlı qərarı rəsmi İrəvan verməlidir.

 
Baxış sayı: 6 567

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə