Azərbaycan ilə Somali arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş təsdiq edilib FƏRMAN

Bakı, 2 aprel, ARHD.AZ



Azərbaycan ilə Somali arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş təsdiq edilib FƏRMAN


Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Somali Federativ Respublikasının Təhsil, Mədəniyyət və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman imzalayıb.

ARHD.AZ xəbər verir ki, Fərmana əsasən, Saziş qüvvəyə mindikdən sonra Azərbaycanın Elm və Təhsil Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir. Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Somali Federativ Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Baxış sayı: 5 643

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə