Xankəndi, 19 sentyabr, ARHD.AZ




Xankəndidə konsert və atəşfəşanlıq olacaq


Sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri günü münasibətilə Xankəndi şəhərində bayram konserti keçiriləcək. Tədbir Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Xankəndi şəhərindəki Zəfər meydanında hazırlıq işləri gedir. Meydanda səhnə, işıqlandırma və səs avadanlıqları qurulur, bayraqlar asılır. Konsert proqramında tanınmış incəsənət xadimləri çıxış edəcək, tamaşaçılara Qarabağın zəngin mədəniyyətini, musiqisini və qürurunu əks etdirən bir gün bəxş olunacaq. Sonda isə Xankəndi şəhərini al-əlvan rəngə bürüyəcək atəşfəşanlıq olacaq.

Qeyd edək ki, 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları və ətraf yaşayış məntəqələri Azərbaycanın nəzarətinə keçib, ölkəmizin suverenliyi tam bərpa edilib. Dövlət başçısının Sərəncamı ilə 20 sentyabr “Xankəndi, Ağdərə Xocalı və Xocavənd şəhəri günü” elan olunub.

Baxış sayı: 6 793

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə