
Rəsmi Açıqlama
ARHD.AZ İctimai-Siyasi İnformasiya Agentliyi
Tarix: 18.09.2025
ARHD.AZ agentliyinə daxil olmuş məlumata əsasən, vətəndaş Tofiq Məmmədov’a qarşı külli miqdarda dələduzluq hadisəsi baş vermişdir. Məsələ ilə bağlı zərərçəkmiş tərəfin müraciəti hüquqi müstəvidə araşdırılaraq, rəsmi şəkildə Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilmişdir.
Müraciət əsasında cinayət xarakterli fakt icraata götürülmüş və hazırda məsələ aidiyyəti üzrə nəzarətə alınmışdır. Hüquqi prosedurlar qanunvericiliyə uyğun şəkildə davam etdirilir.
ARHD.AZ olaraq bildiririk ki, dələduzluq nəticəsində dəymiş maddi ziyanın qısa müddət ərzində ödənilməsi və zərərçəkmişin hüquqlarının tam şəkildə bərpa olunması istiqamətində aparılan tədbirləri yaxından izləyir və ictimaiyyətə mütəmadi məlumat verməyə davam edəcəyik.
Əlavə məlumatlar əldə edildikcə tərəfimizdən ictimaiyyətə təqdim olunacaq.
ARHD.AZ – Doğru informasiya, obyektiv mövqe!






















