Milli Məclisin sədri Qadın Siyasi Liderlər Forumunda ölkəmizdə gender siyasəti istiqamətində əldə olunmuş nailiyyətlər haqqında danışıb

Bakı, 17 sentyabr, ARHD.AZ





Milli Məclisin sədri Qadın Siyasi Liderlər Forumunda ölkəmizdə gender siyasəti istiqamətində əldə olunmuş nailiyyətlər haqqında danışıb


Milli Məclisin sədri Sahibə Qafarova Malayziyanın Kuala Lumpur şəhərində Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının 2-ci Qadın Siyasi Liderlər Forumunda çıxışı zamanı Azərbaycan parlamentinin təcrübəsi və ölkəmizdə gender siyasəti istiqamətində əldə olunmuş nailiyyətlər barədə geniş məlumat verib. O bildirib ki, Azərbaycan qadınların hüquqlarının qorunmasına və onların qərarların qəbulunda fəal iştirakının təmin edilməsinə tam sadiqdir.

ARHD.AZ xəbər verir ki, S.Qafarova Azərbaycanın 1918-ci ildə əksər Avropa ölkələrini də qabaqlayaraq, qadınlara səsvermə hüququ verdiyini xatırladıb. Deyib ki, 2024-cü ilin sentyabrında keçirilən seçkilər nəticəsində isə qadınlar parlamentdəki 125 yerdən 26-sını qazanıblar, bu da əvvəlki dövrlə müqayisədə say artımını nümayiş etdirir.

Bu gün qadın deputatlar parlamentin əksər komitələrində təmsil olunurlar ki, bu da parlament tərəfindən tənzimlənən bütün məsələlərin müzakirəsi zamanı onların fikirlərinin nəzərə alınmasına imkan verir.

Milli Məclisin sədri, həmçinin Azərbaycanın gender məsələləri ilə bağlı beynəlxalq parlament təşkilatlarında fəaliyyəti və təşəbbüsləri haqqında da danışıb.

Baxış sayı: 5 685

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə