Bakı, 21 avqust, ARHD.AZ



Azərbaycanın səfiri etimadnaməsini Dominikan Prezidentinə təqdim edib


Avqustun 20-də Azərbaycan Respublikasının Dominikan Respublikasındakı səfiri Ruslan Rzayev etimadnaməsini bu ölkənin Prezidenti Luis Abinaderə təqdim edib.

Bu barədə ARHD.AZ-a Azərbaycanın Dominikandakı səfirliyindən məlumat verilib. 

Bildirilib ki, Dominikan Prezidenti ilə söhbət zamanı səfir R.Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını ona çatdırıb. Dövlətimizin başçısının salamlarına görə minnətdarlığını bildirən Dominikan Prezidenti öz növbəsində onun da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.

Görüşdə iki ölkə arasında müxtəlif istiqamətlərdə əlaqələrin inkişafı üçün geniş imkanların mövcud olduğu vurğulanıb, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd edilib, həmçinin qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Baxış sayı: 5 686

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə