Bakı, 19 avqust, ARHD.AZ
DİN: Ötən gün 1,5 tondan artıq çətənə kolu məhv edilib
Avqustun 18-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 1,5 tondan artıq 1791 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.
Bu barədə ARHD.AZ-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bu sahədə qətiyyətli mübarizə tədbirlərinin davam etdirildiyi bildirilib.























