Beynəlxalq Hüquq eksperti


Hüquq üzrə Fəlsəfə doktoru

ARHD.AZ ictimai-siyasi saytının rəhbəri


İsmayıl Zalov

 

ARHD.AZ ictimai-siyasi saytının rəhbəri İsmayıl Zalov Avropa Parlamentində ( Rəsmi Açıqlamalar )

ARHD.AZ rəhbəri İsmayıl Zalov Avropa Parlamentində Azərbaycanın qələbəsindən danışdı
 
 
ARHD.AZ ictimai-siyasi platformasının rəhbəri, hüquq üzrə fəlsəfə doktoru və beynəlxalq hüquq eksperti İsmayıl Zalov Fransanın Strasburq şəhərində yerləşən Avropa Parlamentində çıxış edib.
Çıxış zamanı İsmayıl Zalov Azərbaycanın hüquq sistemindən, hüquq-mühafizə orqanlarının fəaliyyətindən, o cümlədən Azərbaycan polisinin dövlətçiliyin qorunmasındakı rolundan danışıb. O, həmçinin xüsusi xidmət orqanlarının milli təhlükəsizlik və sabitliyin təminindəki əvəzsiz xidmətlərini vurğulayıb.
Zalov çıxışında 2020-ci ildə Azərbaycan Ordusunun əldə etdiyi Zəfərə də toxunub. O, bu tarixi qələbəni Prezident İlham Əliyevin uzaqgörən siyasəti və xalqın milli birliyi ilə əlaqələndirib. Çıxış zamanı Azərbaycanın beynəlxalq hüquq çərçivəsində öz suveren hüquqlarını bərpa etməsinin hüquqi əsaslarına da aydınlıq gətirilib.
Avropa Parlamentində İsmayıl Zalovun çıxışını təqdim edirik:
“Hörmətli Avropa Parlamentinin üzvləri, dəyərli iştirakçılar!
Azərbaycan Respublikasını təmsil etmək, onun hüquqi inkişafından, milli təhlükəsizlik orqanlarının gücündən və Prezidentimizin rəhbərliyi altında əldə olunmuş tarixi Zəfərdən danışmaq mənim üçün böyük şərəfdir.
Azərbaycan polisi, hüquq-mühafizə və xüsusi xidmət orqanları, ölkəmizin suverenliyinin, hüququn aliliyinin və ictimai sabitliyin qorunmasında müstəsna rol oynayır. Onların peşəkarlığı və fədakarlığı, təkcə vətəndaş təhlükəsizliyi üçün deyil, həm də regionda sabitlik və sülhün qorunmasına xidmət edir.
2020-ci ildə əldə etdiyimiz Qarabağ Zəfəri yalnız hərbi deyil, siyasi və hüquqi ədalətin bərpası idi. Bu qələbə, cənab Prezident İlham Əliyevin uzaqgörən siyasətinin və xalqın birliyinin nəticəsidir. Dövlət başçımızın liderliyi ilə Azərbaycan bu gün regionun güc mərkəzlərindən birinə çevrilmişdir.
Mən bir hüquqşünas və beynəlxalq hüquq eksperti olaraq, Azərbaycanın beynəlxalq hüquq çərçivəsində suveren hüquqlarını qorumaq istiqamətində apardığı siyasəti yüksək qiymətləndirirəm. Bu mövqeyimizi Avropa platformalarında paylaşmaq və anlaşılmasını təmin etmək bizim üzərimizə düşən mənəvi borcdur.
Diqqətinizə görə təşəkkür edirəm.”
Həmçinin, İsmayıl Zalov qeyd edib ki, Avropa platformalarında Azərbaycanın ədalətli mövqeyini izah etmək və beynəlxalq ictimaiyyətə çatdırmaq vacibdir və bu istiqamətdə fəaliyyəti davam etdirəcək.

Polis gecə-gündüz xalqımızın və dövlətimizin keşiyindədir. Ölkəmizin ictimai-siyasi sabitliyini, insanlarımızın təhlükəsizliyini təmin edir. Vətəndaşlarımız gecə evində rahat yatanda, körpələrimiz beşiyində rahat uyuyanda polis əməkdaşları keşik çəkirlər, cinayətkarlığın qarşısını alırlar. Cinayət olan yerə polis gəlir, yanğın baş verərkən öz həyatlarını təhlükəyə atıb insanları xilas edir, köməyə ehtiyacı olanların qapısına ilk gedən polislər olur, yeməyini, cibinin pulunu belə küçədəki ehtiyacı olanlarla bölüşən də polis olur. Axı, necə polisi təhqir etmək, ona əşya atmaq olar? Polisi təhqir etmək, xidmətinə mane olmaq, ona xəsarət yetirmək məqsədilə əşyalar atmaq yolverilməzdir, qanunaziddir.


Ermənistanın hərbi təcavüzünə milli müqaviməti də ilk olaraq məhz polis orqanları təşkil ediblər. Azərbaycanın ərazi bütövlüyü uğrunda şiddətli döyüşlərdə 1695 polis şəhid olub, 1710 polis isə yaralanıb. Ümumilikdə respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə göstərdikləri fədakarlığa, dinc əhalinin təhlükəsizliyinin təminatında, cinayətkarlıqla mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında xüsusilə fərqləndiklərinə, xidməti vəzifələrini yerinə yetirərkən cəsarət göstərdiklərinə görə polis əməkdaşlarına Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adı verilib, onlar “Azərbaycan Bayrağı” ordeni, müxtəlif orden və medallarla təltif ediliblər. Polislərimizin Vətən və xalq qarşısında xidmətlərini heç zaman unutmaq olmaz.


Polis gecə-gündüz xalqımızın və dövlətimizin keşiyindədir. Ölkəmizin ictimai-siyasi sabitliyini, insanlarımızın təhlükəsizliyini təmin edir. Vətəndaşlarımız gecə evində rahat yatanda, körpələrimiz beşiyində rahat uyuyanda polis əməkdaşları keşik çəkirlər, cinayətkarlığın qarşısını alırlar. Cinayət olan yerə polis gəlir, yanğın baş verərkən öz həyatlarını təhlükəyə atıb insanları xilas edir, köməyə ehtiyacı olanların qapısına ilk gedən polislər olur, yeməyini, cibinin pulunu belə küçədəki ehtiyacı olanlarla bölüşən də polis olur. Axı, necə polisi təhqir etmək, ona əşya atmaq olar? Polisi təhqir etmək, xidmətinə mane olmaq, ona xəsarət yetirmək məqsədilə əşyalar atmaq yolverilməzdir, qanunaziddir.

Dövlətin taleyi o zaman təhlükə altında ola bilər ki, onun gələcəyi barəsində fikirlər, ideyalar tükənsin. Dövlətin taleyi həm də o zaman təhlükə altında ola bilər ki, onun gələcəyi barəsində fikirlər, ideyalar olsun, lakin həmin fikir və ideyaları həyata keçirəcək hərəkətverici qüvvə, lider, rəhbər olmasın. Ölkəmizin bu günü və gələcək taleyi ilə bağlı ümummilli liderimiz Heydər Əliyevin əbədiyaşar ideyaları, habelə bu ideyalara sədaqətlə xidmət edən, yeni dövrün tələblərinə uyğun olaraq ona yeni çalarlar əlavə etməklə zənginləşdirən möhtərəm Prezidentimiz və Ali Baş Komandanımızın fəaliyyəti müstəqil Azərbaycan dövlətinin sarsılmazlığının və inkişafının qarantıdır. Praqmatik düşüncə tərzi, müasir dövlət idarəçiliyi prinsiplərini demokratik inkişafın Azərbaycan modelinə tətbiqetmə onun fəaliyyətini rövnəqləndirən cəhətlərdir.


Transmilli cinayətkarlıq, beynəlxalq terrorizm, narkobiznes və insan alveri XXI əsrin bəlalarıdır və bu baxımdan hüquq-mühafizə orqanlarının, o cümlədən də DİN və onun strukturlarının qarşısında yeni və çox mürəkkəb vəzifələr durur. Daxili İşlər Nazirliyi öz fəaliyyətini ictimai təhlükəsizliyin təmini, cinayətkarlığın qarşısının alınması, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına dair ümumdövlət prioritetlərinə, qanunun aliliyinə söykənən milli strategiya əsasında qurur. Qanunvericiliyin humanistləşdirilməsi, sosial-hüquqi nəzarətin səviyyəsinin artırılması şəraitində fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinə, habelə kriminogen duruma təsir göstərilməsi mexanizminə, informasiya-texnologiya vasitələrinin keyfiyyətcə yenidən qurulmasına dair proqram sistemli şəkildə, ardıcıllıqla həyata keçirilir. Qanunçuluğun, xidməti, icra və uçot-qeydiyyat intizamının, daxili təhlükəsizliyin möhkəmləndirilməsi, şəxsi heyətin peşəkarlığının artırılması məqsədilə zəruri tədbirlər görülür. Kriminogen durum daim izlənilməklə nəzarətdə saxlanılır. Əməliyyat mövqelərinin, informasiyanın dərin işlənilməsi və reallaşdırılmasının gücləndirilməsi yoluyla onun dəyişməsinə qabaqlayıcı, preventiv reaksiya göstərilməsi təmin edilir.


Cinayətkar aləm demokratik dəyərlərə xələl gətirilmədə daim artan hüquq-mühafizə təzyiqini hiss etməkdədir. Aparılan iş proqnozlaşdırılan nəticələri gətirir. Son illər ərzində Azərbaycan Respublikasında cinayətkarlığın azalması müşahidə edilir. Ağır cinayətlərin, qəsdən adamöldürmələrin, quldurluqların, azyaşlılar tərəfindən törədilən hüquq pozuntularının sayı aşağıdüşür.

Bu gün Azərbaycan DİN dövlətin müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq dünyanın, xüsusilə də Avropanın beynəlxalq polis strukturlarına inteqrasiya olunmaq yolunu tutub. İkitərəfli və çoxtərəfli əməkdaşlığın qurulması əldə olunan nailiyyətlərin rəhnidir. İndi Azərbaycan polisi BMT, NATO, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, Beynəlxalq Miqrasiya və İqtisadi Əməkdaşlıq Təşkilatı, MDB, habelə digər beynəlxalq təşkilatlarda yüksək səviyyədə təmsil olunur. Amma nə yazıq ki, cəmiyyətin demokratik inkişaf tendensiyası arzu etdiklərimizlə üst-üstə düşmür. Reallıq utopik sosializm və utopik kommunizmin uydurduğu “cinayətsiz cəmiyyət” ideyalarını rədd etsə də, bəzi xəyalpərvər qüvvələr, nöqsanlı və qərəzli düşüncə sahibləri hələ də cinayətkarlıq olmayan ölkə və cəmiyyət təfəkkürünün girovlarıdır. Hər kəs bilməlidir ki, cinayətkarlığın kökünü tamamilə kəsmək mümkün deyil. Amma cinayətkarlığa qarşı uğurla mübarizə aparmaq, kriminogen durumu nəzarətdə saxlamaq olar. DİN və onun strukturları məhz bu vəzifələrin öhdəsindən gəlməyi bacarırlar.

Bu gün Azərbaycan Polisi, Avropa polisinə nümunədir! Bu gün Azərbaycan polisi ən çüasir təchizatla təmin edilmiş, yüksək qabiliyyətli, vətənpərvər, Dövlətinə və Millətinə sadiq olan əməkdaşları ətrafında cəmləşdirmiş və bu şərəfli peşəni layiqincə yerinə yetirirlər. Hər bir Azərbaycan Polisi öz xidmətini böyük məsuliyyət və qürur hissi ilə icra edir. Azərbaycan dünya ölkələri arasında ictimai təhlükəsizliyə görə ilk sıralarda yer alır. Bunun nəticəsidir ki, bir çox mötəbər tədbirlərin, idman yarışlarının, beynəlxalq konfransların məkanı olaraq bir çox ölkələr arasından məhz Azərbaycan seçilir. Hüquq mühafizə orqanları günümüzdə özünəxas sistemi və struktur quruluşu ilə bir çox digər ölkələrin maraqını cəlb etmiş və Azərbaycan Polisindən nümunələnərək praktika yığmışdır. Azərbaycan Respublikasının prezidenti, Ali baş komandan cənab İlham Əliyev daim öz çıxışlarında Hüquq mühafizə orqanlarının, Azərbaycan polisinin, Azərbaycan ordusunun peşəkar fəaliyyətindən razılığını bildirmiş və yüksək qiymətləndirmişdir. Yaşasın Müstəqil Azərbaycan, Yaşasın Müzəffər Ali Baş Komandan, Yaşasın Azərbaycan Polisii!


Baxış sayı: 10 033

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə