Avstraliyada aviaşirkət qanunsuz ixtisarlara görə 58 milyon dollar cərimələnib

London, 18 avqust, ARHD.AZ




Avstraliyada aviaşirkət qanunsuz ixtisarlara görə 58 milyon dollar cərimələnib


Avstraliyanın Federal Məhkəməsi “Qantas Airways” aviaşirkətini COVID-19 pandemiyası dövründə işçiləri qanunsuz şəkildə ixtisar etdiyinə görə təxminən 58 milyon ABŞ dolları məbləğində cərimələyib.

ARHD.AZ “Independent”ə istinadla xəbər verir ki, bu məbləğ şirkətin artıq keçmiş əməkdaşlarına ödəməyi qəbul etdiyi 77 milyon ABŞ dolları kompensasiyaya əlavə olaraq tətbiq olunub. Hakim Maykl Li qərarda 2020-ci ilin sonlarında 1820 baqaj daşıyıcısı və təmizlikçi işçisinin ixtisarını Avstraliya əmək qanunvericiliyinin 120 illik tarixində ən böyük və ən ciddi pozuntu adlandırıb.

Beş il davam edən hüquqi mübarizəni aparan Nəqliyyat İşçiləri İttifaqı cərimənin təxminən 32 milyon ABŞ dollarını alacaq. Qalan məbləğin hara yönləndiriləcəyi isə sonradan müəyyən ediləcək. İttifaq bəyan edib ki, bu qərar işçilərə qarşı qanunsuz rəftar edən işəgötürənlərə ciddi xəbərdarlıqdır.

Baxış sayı: 7 664

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə