Bu ilin altı ayında Qarabağ və Şərqi Zəngəzurda göstərilən rabitə xidmətlərinin dəyəri 3 milyon manatdan çox olub

Bakı, 15 avqust, ARHD.AZ




Bu ilin altı ayında Qarabağ və Şərqi Zəngəzurda göstərilən rabitə xidmətlərinin dəyəri 3 milyon manatdan çox olub


Bu ilin yanvar-iyun aylarında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında göstərilən informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 3 milyon 773 min manat təşkil edib.

ARHD.AZ Dövlət Statistika Komitəsinin məlumatına istinadla xəbər verir ki, bu göstərici, ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz çoxdur.

Cari ilin altı ay ərzində Qarabağ iqtisadi rayonu üzrə informasiya və rabitə sahəsində 3 milyon 644 min manat dəyərində xidmət göstərilib. Bu isə illik müqayisədə 1,3 faiz artım deməkdir.

Dövr ərzində Şərqi Zəngəzur iqtisadi rayonu üzrə informasiya və rabitə xidmətlərinin dəyəri illik müqayisədə 13 faiz artaraq 129 min manat olub.

Baxış sayı: 5 682

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə