Tbilisi, 8 avqust, ARHD.AZ





Azərbaycan Prezidentinin ABŞ-a səfəri Gürcüstan mətbuatının diqqət mərkəzindədir


Gürcüstanın aparıcı informasiya portalları və televiziyaları Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfəri və bu səfər çərçivəsində keçirəcəyi görüşlər, eləcə də bu səfərdən gözləntilər barədə silsilə materiallar dərc ediblər.

ARHD.AZ xəbər verir ki, “interpressnews.ge”, “resonancedaily.com”, “aktual.ge”, “for.ge”, “netgazeti.ge”, “tabula.ge”, “info9.ge”, “news.ge”, “newposts.ge”, “interpress.ge”, “24news.ge”, “qafqazturk.com” informasiya portalları, “1tv.ge” televiziya kanalı avqustun 7-də və 8-də silsilə materiallar yayıblar.

Qeyd olunur ki, avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaşinqtonda ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff ilə görüşüb.

Dövlətimizin başçısının və ABŞ Prezidentinin xüsusi elçisinin iştirakı ilə SOCAR-la “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum”un imzalandığı bildirilir.

Materiallarda Prezident İlham Əliyevin Vaşinqtona səfərinin ABŞ ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin və regional məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığı xüsusi vurğulanıb.

Xəbərlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Donald Trampla və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcəyi, eləcə də Birləşmiş Ştatların Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan arasında böyük sülh sazişinin imzalanacağı, Zəngəzur dəhlizi ilə bağlı konkret qərarın qəbul ediləcəyi barədə də fikirlər yer alıb.

Baxış sayı: 4 438

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə