AQTA: Qida məhsullarının etiketlərində allergenlərin düzgün göstərilməsi istehlakçı təhlükəsizliyinin əsas təminatçısıdır

Bakı, 4 avqust, ARHD.AZ




AQTA: Qida məhsullarının etiketlərində allergenlərin düzgün göstərilməsi istehlakçı təhlükəsizliyinin əsas təminatçısıdır


Müasir dövrdə geniş yayılmış allergik xəstəliklərin yaranmasına digər faktorlarla yanaşı, qidalar da təsir göstərir. Statistikaya görə, hazırda dünya əhalisinin 2,5 faizi qida allergiyasından əziyyət çəkir. Qida allergiyası tərkibində allergenlər olan məhsulların istehlakı zamanı immun sisteminin spesifik reaksiyası nəticəsində yaranır və həmin reaksiya, adətən, immunoqlobulin E (IgE) anticisimlərin iştirakı ilə müşahidə olunur.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən ARHD.AZ-a bildiriblər ki, istehlakçı hüquqlarının qorunması və ictimai sağlamlığın təmin olunması məqsədilə nəzarət və maarifləndirmə tədbirləri aparılır.

“Qida təhlükəsizliyi haqqında” Qanunun 17-ci maddəsinə əsasən, istehlakçılara təqdim olunan bütün qida məhsulları barədə - onların tərkibi, miqdarı, enerji və qida dəyəri, saxlanılma şəraiti, mənşəyi, istehsal tarixi, yararlılıq müddəti və xüsusilə, tərkibində mövcud olan allergen maddələr barədə dolğun və şəffaf məlumat verilməlidir. Etiketləmə zamanı həmin məlumatlar dəqiq, aydın və istehlakçılar üçün başadüşülən formada təqdim olunmalıdır. Məqsəd isə istehlakçının məlumatlı və təhlükəsiz seçim etməsinə şərait yaratmaqdır.

Qanunvericiliyə əsasən, qida məhsullarının tərkibində olduğu qlüten ehtiva edən taxıllar (buğda, arpa, çovdar, yulaf və onların hibrid növləri), xərçəngkimilər, mollyusklar, yumurta, balıq, yer fındığı, soya, süd və süd məhsulları (laktoza daxil olmaqla), qərzəkli meyvələr (badam, fındıq, qoz, keşyu, pekan, Braziliya qozu, fıstıq, makadamiya), kərəviz, xardal, küncüt, kükürd dioksid və sulfitlər və acıpaxla etiketdə mütləq göstərilməlidir.

Həmçinin həmin maddələrdən əldə edilən məhsullar da ayrıca qeyd olunmalıdır.

Baxış sayı: 5 689

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə