London, 30 iyul, ARHD.AZ





Süni intellekt üzrə çalışan əməkdaşlar Zukerberqin 1 milyard dollarlıq təklifini rədd edib


Süni intellekt sahəsində fəaliyyət göstərən bir tədqiqatçı “Meta” şirkətinin rəhbəri Mark Zukerberqin 1 milyard dollarlıq əmək müqaviləsi təklifini qəbul etməyib.

ARHD.AZ  “Telegraph”a istinadla xəbər verir ki, Kaliforniyada yerləşən “Thinking Machines” adlı süni intellekt startapının bir neçə əməkdaşına “Meta” tərəfindən yüz milyonlarla dollar dəyərində təkliflər göndərilib.

Bu təkliflər bir neçə il ərzində 1 milyard dollara qədər yüksələ bilərdi. Digər təkliflər isə 200–500 milyon dollar arasında dəyişirdi və ilk il üçün 50–100 milyon dollar dəyərində bonus da nəzərdə tutulurdu. Buna baxmayaraq, “Thinking Machines” əməkdaşlarından heç biri “Meta” ilə əməkdaşlıq etməyə razılıq verməyib. Şirkət ötən ay məhsulu belə olmayan bir mərhələdə 12 milyard dollar dəyərində qiymətləndirilib və 2 milyard dollar investisiya cəlb edib.

“Meta” şirkətinin sözçüsü yayılan məlumatların bəzilərini təkzib etsə də, “Thinking Machines” əməkdaşlarına bir neçə təklifin edildiyini təsdiqləyib.

Baxış sayı: 7 870

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə