Ötən həftə 61 mina və 1097 partlamamış hərbi sursat zərərsizləşdirilib

Bakı, 28 iyul, ARHD.AZ




Ötən həftə 61 mina və 1097 partlamamış hərbi sursat zərərsizləşdirilib


Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən 21-27 iyul tarixlərində icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.

ANAMA-dan ARHD.AZ-a bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 46, tankəleyhinə 15 mina və 1097 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həmçinin həftə ərzində 1 354,2 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

 

Baxış sayı: 6 545

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə