Ötən həftə 787 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Bakı, 10 fevral, ARHD.AZ

Ötən həftə 787 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib


Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən fevralın 3-dən 9-dək yerinə yetirilən minatəmizləmə əməliyyatlarına dair məlumatı açıqlayıb.

ANAMA-dan ARHD.AZ-a bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 78, tank əleyhinə 16 mina və 294 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ötən ay 787 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Baxış sayı: 3 304

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]