Azərbaycanın və Özbəkistanın xarici işlər nazirləri arasında telefon danışığı olub

Bakı, 28 iyul, ARHD.AZ




Azərbaycanın və Özbəkistanın xarici işlər nazirləri arasında telefon danışığı olub


İyulun 28-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən ARHD.AZ-a bildirilib ki, telefon danışığı zamanı Azərbaycan-Özbəkistan strateji müttəfiqlik əlaqələrindən irəli gələn məsələlər, Özbəkistan Prezidentinin iyulun 2-də ölkəmizə dövlət səfərinin nəticəsində ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq istiqamətində əldə olunmuş razılıqların icrası planları, habelə regional vəziyyət müzakirə olunub.

Həmçinin iki ölkənin iştirakı ilə təşkil olunan beynəlxalq tədbirlərə hazırlıq məsələləri nəzərdən keçirilib.

Bununla yanaşı, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Baxış sayı: 6 454

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə