Bu ilin ötən dövründə daha 3 min 445 qadın özünüməşğulluq proqramına cəlb olunub

Bakı, 23 iyul, ARHD.AZ




Bu ilin ötən dövründə daha 3 min 445 qadın özünüməşğulluq proqramına cəlb olunub


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramında qadınların da fəal iştirakı təmin olunur.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən ARHD.AZ-a verilən məlumata görə, bu ilin ötən dövründə proqrama cəlb edilənlərdən 3 min 445 nəfərini qadınlar təşkil edib.

Seçimlərinə əsasən onlardan 1938-i kənd təsərrüfatı, 1507-si isə istehsal və xidmət sahələri üzrə kiçik bizneslərini yaratmaları üçün proqrama cəlb olunublar.

Proqram iştirakçıları üçün əvvəlcə təlimlər təşkil edilir, kiçik biznesin təşkili və idarəedilməsi üzrə bilik və bacarıqlara yiyələnirlər. Təlimləri başa vuranlar seçdikləri iqtisadi fəaliyyət növü üzrə aktivlərlə təmin olunurlar.

Baxış sayı: 7 657

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə