Konqo hökuməti ilə M23 qruplaşması sülh sazişi ilə bağlı razılığa gəlib

Bakı, 20 iyul, ARHD.AZ




Konqo hökuməti ilə M23 qruplaşması sülh sazişi ilə bağlı razılığa gəlib


Konqo Demokratik Respublikası hökuməti ilə M23 silahlı qruplaşması avqustun 18-dək sülh sazişi imzalamaqla bağlı razılığa gəlib.

ARHD.AZ xəbər verir ki, razılıq iyulun 19-da Dohada keçirilən görüşdə əldə edilib. Tərəflər arasında danışıqlara Qətər hökuməti vasitəçilik edib.

Qeyd edək ki, M23 qruplaşması Ruandanın dəstəyi ilə Konqo Demokratik Respublikasının Qoma şəhərini, Şimali Kivu və Cənubi Kivu əyalətlərini ələ keçirib. Bu regionlar qızıl və nadir metal yataqları ilə zəngindir.

Baxış sayı: 7 657

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə