
YAP Səbail rayon təşkilatı Milli Mətbuat Gününü qeyd edib
İyulun 17-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində 22 İyul – Milli Mətbuat Günü münasibətilə tədbir keçirib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Dövlət Himni səsləndirilib.
YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev tədbirin əhəmiyyətindən bəhs edərək, medianın milli maraqlara xidmət etməsinin vacibliyini diqqətə çatdırıb. Qeyd edib ki, mətbuat cəmiyyətin güzgüsüdür: “Azərbaycan mətbuatı müstəqilliyimizin, dövlətçiliyimizin və milli dəyərlərimizin təbliğində daim ön sırada dayanıb. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və medianın inkişafı bu siyasətin mühüm hissəsidir. “Konstitusiya və Suverenlik İli” çərçivəsində belə bir tədbirin keçirilməsi həm də milli-mənəvi dəyərlərimizin təbliği baxımından vacibdir”.
“İki sahil” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Vüqar Rəhimzadə Azərbaycan mətbuatının keçdiyi tarixi yoldan və Prezident İlham Əliyevin media siyasətindən danışıb. Qeyd edib ki, mətbuat həm maarifləndirici, həm də milli təhlükəsizlik baxımından strateji bir gücdür. Azərbaycan mətbuatının inkişaf mərhələləri göstərir ki, sözün gücü ilə də tarix yazmaq mümkündür. Prezident İlham Əliyevin rəhbərliyi ilə media sahəsində aparılan islahatlar informasiya cəmiyyətinə keçidin əsasını qoyur.
ARHD.AZ ictimai-siyasi saytının rəhbəri
Beynəlxalq hüquq eksperti
Hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov’da iştirak etti.






















