Papa Leonun adından Ukraynaya humanitar yardım göndərilib

Vatikan, 16 iyul, ARHD.AZ




Papa Leonun adından Ukraynaya humanitar yardım göndərilib


Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leonun adından Ukraynaya humanitar yardım göndərilib.

ARHD.AZ xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Xarkov şəhərinin bəzi bölgələrinin sakinlərinə ərzaq bağlamaları çatdırılıb. Yardımlar əsasən Xarkov vilayətinin Starıy Saltiv kəndi və Şevçenkove şəhərinin sakinlərinə paylanılıb.

Kardinal Almoner Konrad Krayevski deyib ki, Roma Papası yay tətilində olmasına baxmayaraq, müharibədən əziyyət çəkən Ukrayna xalqını daim düşünür.

“Xeyriyyəçilik heç vaxt tətil etmir. Papa Leo bizdən mümkün qədər tez hərəkət etməyimizi istədi”, - deyə o bildirib.

Qeyd edək ki, 2022-ci ildən bəri Müqəddəs Taxt-Tac adından mütəmadi olaraq Ukraynanın müxtəlif bölgələrinə yardımlar göndərilir.

Baxış sayı: 4 357

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə