Papa XIV Leo dünyada sülh çağırışı edib

Vatikan, 8 may, ARHD.AZ


Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo (Robert Fransis Prevost) Müqəddəs Pyotr meydanına toplaşan izdiham qarşısında çıxış edib.

ARHD.AZ xəbər verir ki, Papa XIV Leo Müqəddəs Pyotr Kilsəsinin eyvanından Müqəddəs Pyotr meydanına toplaşan təxminən 150 min nəfəri salamlayıb. O, çıxışında dünyada sülh üçün çağırış edib.

ABŞ Prezidenti Donald Tramp “Truth” sosial media hesabındakı paylaşımında Birləşmiş Ştatlardan seçilən ilk Papa olan Robert Fransis Prevostu təbrik edib.

“Yeni Papa seçilən kardinal Robert Fransis Prevostu təbrik edirəm. Onun ABŞ-dan seçilən ilk Papa olması böyük şərəfdir. Bu, ölkəmiz üçün də böyük şərəfdir. Mən Papa XIV Leo ilə görüşməyi səbirsizliklə gözləyirəm. Çox mənalı bir an olacaq”, - deyə Donald Tramp bildirib.

Baxış sayı: 4 507

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə