Bakı, 16 iyul, ARHD.AZ




Ziya Bünyadov prospektinin Böyükşor-Pirşağı yolu ilə kəsişməsində yol hərəkəti yenidən təşkil edilib


Bakının Böyükşor-Pirşağı avtomobil yolunun Müzəffər Nərimanov küçəsi ilə əlaqələndirilməsi məqsədilə müxtəlifsəviyyəli yol ötürücülərinin tikintisi nəzərdə tutulub. Hazırda müvafiq tapşırığın icrası ilə əlaqədar layihələndirilmə işləri aparılır.

ARHD.AZ xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Baş Dövlət Yol Polisi İdarəsi və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi birgə məlumat yayıb.

Məlumata görə, qeyd olunan yolda monitorinqlər həyata keçirilir.

“Təhlillərin nəticəsinə əsasən, bu müddət ərzində həmin ərazidə yol hərəkəti təhlükəsizliyinin artırılması, nəqliyyat vasitələrinin nizamlı hərəkətinin təmin edilməsi və nəqliyyat sıxlığının azaldılması məqsədilə əsas layihənin tikintisi yekunlaşana qədər hazırlanmış müvəqqəti həll işə salınaraq monitorinqlərə başlanılıb. Artıq ərazidə işıqfor obyektləri quraşdırılıb və onların fazaları müəyyən edilib, müvafiq nişanlanma işlərinin təşkili həyata keçirilib”, - deyə məlumatda qeyd olunub.

Baxış sayı: 6 797

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə