Ağdam, Füzuli və Xocavənd rayonlarında nə qədər ərazi minalardan təmizlənib?

Ağdam, 15 iyul,  ARHD.AZ




Ağdam, Füzuli və Xocavənd rayonlarında nə qədər ərazi minalardan təmizlənib?



Ağdam, Füzuli və Xocavənd rayonlarında ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işləri davam etdirilir.

ARHD.AZ-ın bölgə müxbiri xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdam şəhərində keçirilən “Konstitusiya və suverenlik: Hüquqi dövlətin təməli” mövzusunda regional konfransda deyib.

E.Hüseynov bildirib ki, Ağdam rayonunun 51,24 faizi minalardan təmizlənib, 37 min 779 ədəd mina və partlamamış hərbi sursat aşkar edilib. Füzuli rayonunun 67,76 faizi, Xocavənd rayonunun isə 7,56 faizi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Baxış sayı: 6 583

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə