Ədliyyə Nazirliyinin rəhbər heyəti bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirir

Bakı, 15 iyul, ARHD.AZ




Ədliyyə Nazirliyinin rəhbər heyəti bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirir


Ədliyyə Nazirliyi vətəndaş məmnunluğunun artırılması, ədliyyə orqanlarına əlçatanlığın təmin olunması, regionlarda yaşayan vətəndaşların müraciətlərinə operativ və yerində baxılması məqsədilə mütəmadi olaraq videoqəbullar təşkil edir.

Nazirliyin mətbuat xidmətindən ARHD.AZ-a verilən məlumata görə, iyulun 11-də regional ədliyyə idarələrinin təşkilatçılığı ilə ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidov tərəfindən Şirvan, Bərdə, Lənkəran, Gəncə, İmişli, Xaçmaz, Göyçay regional ədliyyə idarələri ilə videokonfrans vasitəsilə həmin qurumların yurisdiksiyalarına daxil olan rayonların sakinləri üçün videoqəbul keçirilib.

Virtual qəbul məntəqələri vasitəsilə keçirilən videoqəbulda penitensiar sahə ilə bağlı vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilib, həmçinin vətəndaşlara qanunvericiliyin tələbləri ətraflı izah olunub və qəbul zamanı təqdim edilmiş müraciətlər zəruri tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

Regionlarda yaşayan vətəndaşlar videoqəbullarda iştirak etmək üçün [email protected] elektron poçt ünvanına və ya nazirliyin regional ədliyyə idarələrinə müraciət etməklə qəbula yazıla bilərlər.

Baxış sayı: 5 427

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə